Bu gün Rusiyanın Türkiyəyə qarşı qəbul etdiyi sanksiyalar qüvvəyə mindi
Modern.az saytı xəbər verir ki, artıq Türkiyə vətəndaşlarının Rusiyaya vizasız gediş-gəlişi ləğv olundu. Bununla yanaşı, türk firmaları Rusiyanın inşaat, memarlıq və dizayn sektorunda çalışa bilməyəcək; Türkiyə vətəndaşları otelçilik, səyahət sektorunda işləyə bulməyəcək; Rusiya turizm şirkətlərinə Türkiyəyə tur təşkil etmələrini yasaqladı; Türk şirkətlər dövlət və bələdiyyə satınalmalarında iştirak haqqından mərhum edildilər; Türklər Rusiyaya ərzaq və kənd təsərrüfatı məhsulları (toyuq məhsulları, apelsin, pomidor, xiyar, kartof, soğan və sair) ixrac edə bilməyəcəklər; Rusiyalı işəgötürənlər Türkiyə vətəndaşlarını işə götürə bilməyəcəklər və sair.
Ancaq 53 Türkiyə şirkətinə sanksiyalar tətbiq edilməyəcək, onlar Rusiya ərazisində çalışa biləcəklər. Onlar arasında inşaat, geyim və digər sektorların təmsilçiləri var.
İqtisadçı ekspert Qalib Toğrul bildirib ki, ən ağır zərbə Türkiyənin turizm, inşaat və tekstil sektoruna dəyəcək.
Türkiyəyə gələn tursitlərin statistikasında ruslar ikinci yeri tutur. 2014-cü ildə Türkiyəyə 3.3 milyon, 2013-cü ildə isə 4.5 milyonrus tursit gəlib. 2016-ci ildə Türkiyənin turizm sektorunun rusların sanksiyasından 3.5 milyard dollar ziyana düşəcəyi gözlənilir. İnşaat sektorunun isə 4.5 milyard itirəcəyi gözlənilən itkilər arasındadır.