Modern.az

İsveçrəyə bir illik prezident seçilib

İsveçrəyə bir illik prezident seçilib

1 Yanvar 2016, 16:38



2016-cı ildə İsveçrənin prezidenti ölkənin iqtisadiyyat, təhsil və araşdırma federal departamentinin hazırkı rəhbəri (nazir) Yihann Niklaus Şnayder-Amman olacaq. Modern.az xarici mediaya istinadən bildirir ki, İsveçrə qanunvericiliyinə görə, bir illik prezident ölkənin Federal Şurasının fəaliyyətdə olan üzvlərindən biri seçilir.

O, dövlətin başçısı hesab edilmir, ona görə ki, bu funksiyanı Federal Şuranın bütün üzvləri kollektiv yerinə yetirirlər. Lakin onun səsi həlledici sayılır və vəzifəsi cari işləri müzakirə etməkdir. Prezident olan şəxs əvvəlki vəzifəsində də qalır.

İsveçrənin yeni prezidenti yenilənmiş hökumətə rəhbərlik edəcək. 2015-ci il dekabrın 9-da fransız dilli Vo kantonundan, İsveçrə Xalq Partiyasını təmsil edən Qi Parmelan Federal Şuranın tərkibinə yeni nazir seçilib. O, müdafiə, vətəndaşları müdafiə və idman naziri kürsüsünü tutacaq. Onun sələfi Uli Maurer isə ölkənin maliyyə naziri olacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu