Modern.az

İcra başçısı süni qiymət artımına qarşı komissiya yaradıb

İcra başçısı süni qiymət artımına qarşı komissiya yaradıb

3 Yanvar 2016, 11:50

Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə rayon İcra Hakimiyyəti aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına müntəzəm nəzarət edir, bu sahəni gündəlik  nəzarətdə saxlayırlar.

Bu barədə rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, icra başçısı Alı Alıyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il  münasibnəti ilə aidiyyəti təşkilatların nümayəndələri ilə birgə rayon ərazisində Əhmədbəyli, Bala Bəhmənli, Qayıdış və Zobucuq istiqamətlərində bazarlarda, topdan satış mərkəzlərində iri ərzaq mağazalarında olub, ərzaq məhsullarının qiymətləri ilə maraqlanmış, alıcı və satıcılarla söhbət edib. 

Alı Alıyev son günlər manatın məzənnəsinin aşağı düşməsi fonunda istehlak bazarında yaranmış vəziyyətə münasibət bildirib. Qeyd edib ki, rayonda istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarına yol verilməməli, rayon sakinlərinin bayram bazarlığı etməsi üçün qiymətlər münasib olmalı, bu sahəyə aidiyyəti təşkilatlar nəzarəti gücləndirməlidirlər.

İstehlak bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradıldığı, Komissiya üzvlərinin rayon ərazisində yerləşən bazarlara və topdan və pərakəndə satış mağazalarına gündəlik nəzarət tədbirləri həyata keçirirdikləri vurğulanıb.






Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama