Modern.az

Kremlə girmək istəyən Çin vətəndaşı saxlanıldı

Kremlə girmək istəyən Çin vətəndaşı saxlanıldı

Dünya

3 Yanvar 2016, 18:18



Kremldə yaşadığını arqument kimi gətirərək ora daxil olmağa cəhd edən Çin vətəndaşı saxlanılıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Onun sözlərinə görə, yanvarın 2-də yerli vaxtla saat 20:30-da Spasski qülləsində Kremlin ərazisinə qanunsuz daxil olmağa cəhd edən 30 yaşlı Çin Xalq Respublikasının vətəndaşı saxlanılıb. O, polis əməkdaşlarına Kremldə yaşadığını deyib. Saxlanılan şəxs polis şöbəsinə gətirilib, onu psixiatr müayinə edəndən sonra xəstəxanaya yerləşdirilməsi haqda qərar verib.  

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu