Modern.az

Səudiyyə Ərəbistanı İran səfirini qovur

 Səudiyyə Ərəbistanı İran səfirini qovur

Dünya

3 Yanvar 2016, 20:16


Səudiyyə Ərəbistanı ölkəni tərk etmək üçün İran səfirinə 24 saat vaxt verib. Modern.az Trend-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Tehranda ölkənin səfirliyi qarşısında keçirilən etiraz aksiyalarına cavab olaraq İranla diplomatik əlaqələrin pozulması haqqında qərar qəbul etdi.  

Qeyd edək ki, Şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu