Modern.az

Bayram günlərində 42 mindən çox sərnişin daşınıb

Bayram günlərində 42 mindən çox sərnişin daşınıb

Təhsil

5 Yanvar 2016, 12:02


Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar hazırlanan tədbirlər planına uyğun olaraq, Bakı

Beynəlxalq Avtovağzalı dekabrın 21-dən yanvarın 5-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bu haqda Modern.az saytına məlumat verən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızı bildirib ki, bayram günlərində sərnişin sıxlığının aradan qaldırılması, sərnişindaşımanın təşkilinin nizamlanması üçün müvafiq tədbirlər həyata keçirilib:

“Bakı Avtovağzalından dekabrın 31-i, yanvarın 1-2-3 və 4-də müxtəlif tutumlu avtobuslar vasitəsilə, ümumilikdə, 1680 reyslə 42849 sərnişin daşınıb.

Avtovağzalda ən çox sərnişin sıxlığı isə dekabrın 30-da müşahidə edilib. Dekabrın 30-da 74 reyslə 18 mindən çox sərnişin daşınıb ki, bu da əvvəlki illərlə müqayisədə rekord göstəricidir”.  

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?