Türkiyənin Ayvalık şəhərinin çimərliyində 9 miqrantın cəsədi aşkarlanıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə göyərtəsində 22 nəfər miqrant olan qayığın İzmir şəhərindən Yunanıstanın Lesbos adasına gedişi sırasında baş verib.
Qasırğa nəticəsində batan qayıqdan yalnız 8 nəfər xilas edilə bilib. 9 miqrantın cəsədi sahilə çıxarılsa da, daha 5 nəfərin taleyindən məlumat yoxdur.
Beynəlxalq təşkilatların məlumatına görə təkcə 2015-ci ildə Avropaya dəniz yolu ilə 580 mindən çox miqrant gəlib.
Vüqar İsmayılov