Modern.az

Bakıda jurnalisti döyüb öldürənlərin məhkəməsi başladı

Bakıda jurnalisti döyüb öldürənlərin məhkəməsi başladı

5 Yanvar 2016, 16:41


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilənlər Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin işi üzrə məhkəmə prosesi başlayıb.

Modern.az saytı xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında zərərçəkən tərəfin vəkili Fariz Namazlı cinayət işinin ibtidai istintaqa qaytarılması, həmin vəsatətin təmin olunmayacağı təqdirdə Rasim Əliyevi müalicə edən həkimlərin prosesə çağırılıb dindirilməsi barədə vəsatətlər verib. Məhkəmə müşavirəyə gedib.

Lakin vəsadət təmin olunmayıb.

Növbəti məhkəmə prosesi yanvarın 12-ə təyin olunub.

2014-cü il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülərək xəstəxanaya yerləşdirilən Rasim Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov saxlanılıb. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun  işi ayrılaraq ayrıca icraata verilib.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış