Modern.az-ın məlumatına görə, Mərkəzi Bank bəyan edib ki, 05.01.2016-cı il tarixində banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnə 1,5626 təşkil edib.
Bununla, AMB-nin 06.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5626 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün səhər Mərkəzi Bankın rəsmi məzənnələr bülleteninə əsasən, 1 dollar 1,5610 manat məzənnəyə malik olub.
Bu isə o deməkdir ki, dollar manatla müqayisədə hər ötən gün bir az da bahalaşır.
Modern.az