Modern.az

Dövlət Gömrük Komitəsindən iş adamlarına XƏBƏRDARLIQ

Dövlət Gömrük Komitəsindən iş adamlarına XƏBƏRDARLIQ

5 Yanvar 2016, 19:10


“Son illərdə baş verən  qlobal iqtisadi böhran dünyanın əksər ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərib. Neftin qiymətinin son bir ildə aşağı düşməsinə paralel olaraq əksər ölkələrin milli valyutaları kimi Azərbaycan manatı da devalvasiyaya məruz qalıb. Neftdən asılılığın aradan qaldırılaraq ölkə iqtisadiyyatının qorunması məqsədilə yerli istehsalın stimullaşdırılması və inkişaf etdirilməsi, idxal-ixrac əməliyyatlarının təşviq etdirilməsi istiqamətində bir sıra addımlar atılır. Ancaq bu tədbirlərin reallaşdırılması zamanı sahibkarların, yerli istehsalçıların hüquqları ilə yanaşı, ilk növbədə dövlətin mənafeləri də qorunmalıdır”.

Modern.az saytı xəbər verir ki, bu açıqlama ilə Dövlət Gömrük Komitəsinin mətbuat xidməti çıxış edib.

Bildirilib ki, bəzi işbazlar manatın devalvasiyaya uğraması ilə ölkədə yaranan iqtisadi mühitdən istifadə edərək, xüsusilə idxal əməliyyatları zamanı dövlət büdcəsinə çatacaq vəsaitin tam ödənməsindən yayınmağa çalışır.

Dövlət Gömrük Komitəsi Maliyə Tarifvə Valyuta Nəzarəti Baş İdarəsinin rəisi,  gömrük xidməti  general-mayoru MirqasımVahabov bildirib ki, xarici iqtisadi fəaliyyət iştirakçıları  ölkə ərazisinə  idxal  etdikləri  malları bəyan edərkən qiymətlərə və malın dəyərləndirilməsinə çox diqqət etməlidir: 

“Mala istənilən sənəd təqdim etməklə  istədiyi qiyməti tətbiq etmək niyyətində olmaq bu heç də malın düzgün qiymətləndirilməsinə gətirib çıxara bilməz.  Əfsuslar olsun ki,  bu gün bir sıra işbazlar bundan sui-istifadə edərək orijinal invoys  adı altında mallarını bəyan etmək xəyalına düşürlər. Onlar  düşünməlidirlər ki, Azərbaycan qanunları var, malın gömrük dəyərləndirilməsi gömrük tarifi haqqında qanuna görə həyata keçirilir.  Təqdim olunan sənədlərdə yanlışlıqlar baş verərsə bugünkü bazarı, yerli istehsalçıların və  istehlakçıalrın maraqlarının qorunması məqsədilə gömrük xidməti malın bəyan edilməsinə nəzarət  edir, əgər  mal düzgün bəyan olunmayıbsa QATT-ın VII  maddəsində təsbit olunan prinsiplərə və “Gömrük tarifi haqqında” Qanuna uyğun olaraq  malın dəyərləndirməsi aparılır və dövlət büdcəsinə gömrük ödənişləri həyata keçirilir.

İdarə rəisi onu da bildirib ki, hazırda bu işbazlar əsasən armatur və meyvə məhsullarının idxalı ilə məşğul olan şəxlərdir. Mirqasım Vahabov onu da əlavə edib ki, hazırda bütün məhsulların minimum qiymətləri müəyyən edilərək ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin bazasında yerləşdirilib, istənilən vaxt sahibkarlar mürəciət edib  qiymətlərlə tanış ola bilərlər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama