Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ölkədə silah satışının məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi barədə danışıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, çıxışında bir neçə il öncə Sendi Huk şəhərində 27 nəfərin, o cümlədən 20 azyaşlı məktəblinin öldürüldüyü insidenti yada salan prezident gözyaşlarını saxlaya bilməyib.
“Həmişə həmin uşaqlar yadıma düşəndə özümdə olmuram”, - Obama deyib.
Onun sözlərinə görə, hər il 30 mindən artıq amerikalı odlu silahla törədilən cinayətlərin – intiharların, bədbəxt hadisələrin və quldur hücumlarınının qurbanı olur.
Obamanın təklif etdiyi qanun layihəsi silah ticarəti ilə məşğul olan bütün şəxslərin lisenziya almasını və öz müştərilərinin keçmişini araşdırmasını tələb edir.