Belarus İsraildəki səfirliyin bağlamaq qərarı verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyi bu addımı İsrailin Minskdəki səfirliyini bağlamasına cavab olaraq atdığını bildirib.“Diplomatik praktika belədir ki, səfirliklərin bağlanmasına analoji cavab verilir.
Belə səhv addım 2003-cü ildə də israilli tərəfdaşlarımız tərəfindən atılmışdı, amma 1 ildən sonra qərarlarını dəyişmişdilər”.
İsrail rəsmiləri isə Minskdəki səfirliyin bağlanmasını iqtisadi qənaət proqramı ilə əlaqələndiriblər.
Vüqar İsmayılov