Modern.az

Roma papası “erməni soyqırımı” günü Yerevanda olacaq

Roma papası “erməni soyqırımı” günü Yerevanda olacaq

7 Yanvar 2016, 17:20

Roma papası I Fransisk bu il aprelin 24-də qondarma “erməni soyqırımı”nın 101-ci ili münasibətilə Ermənistana səfər edəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Vatikan və Ermənistan rəsmiləri yekun razılıq əldə ediblər.  Roma papasının Eçmiədzini ziyarət edəcəyi və dini ayin icra etməsi də səfər planına daxildir.  

Xatırladaq ki, 2015-ci ilin 24 aprelində Roma papası Vatikan;n Müqəddəs Pyotr kilsəsində “erməni soyqımı”nın 100 illiyi ilə bağlı dini ayin icra etmişdi.

Həmin ayində Ermənistan prezidenti Serj Sərksiyan və dünyanın əsas katolik ruhaniləri də iştirak etmişdi.    

Vüqar İsmayılov 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək