Çin Kommunist Partiyasının qurucusu Mao Zeodonqun 37 metr hündürlüyündə heykəli qoyulub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bir qrup iş adamının təşəbbüsü ilə qoyulan heykəl təxminən 460 min dollara başa gəlib.
Məlumata görə, 9 ayda hazırlanan heykəl qızıl ilə örtülüb. Maonun heykəli Henan vilayətində inşa edilib. Çinin rəhbəri Şi Çinpinq Maonu böyük lider hesab edirdi.
Çinlilər illərlə eyni ayaqqabını geyinməsi ilə tanınan Maonun heykəlini israfçılık olaraq, dəyərləndiriblər.
Modern.az