Modern.az

ABŞ dövlət katibi: “İranla razılaşmağa sayılı günlər qaldı”

ABŞ dövlət katibi: “İranla razılaşmağa sayılı günlər qaldı”

8 Yanvar 2016, 10:24


ABŞ dövlət katibi Con Kerri hər şeyin yaxşı gedəcəyi təqdirdə İranla müqavilənin həyata keçirilməsinə sayılı günlər qaldığını ifadə edib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Con Kerri jurnalistlərə ötən il apardıqları diplomatik təşəbbüslərlə bağlı qiymətləndirmələrdən danışarkən  bunu deyib.

Nüvə müqaviləsi və Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik haqqında bu gün səhər İran xarici işlər naziri Cavad Zərif ilə telefon danışığı apardığını bildirən Con Kerri belə deyib: "cənab nazir müqavilənin həyata keçməsi məsələsindəki öhdəliklərini mümkün qədər tez yerinə yetirməyə niyyətli olduqlarını mənə konkret olaraq söylədi. Hazırda həmin günlərə doğru irəliləyəcəyimizə əmin olmaq üçün bir-birimizə öhdəlik vermiş vəziyyətindəyik. Tam bir tarix deyə bilməsəm də,  bu yaxınlarda olacağını düşünürəm” .

Vyanada ötən ilin 14 iyulunda əldə edilən anlaşmaya görə, İran 15 il ərzində cəmi zənginləşdirilmiş uran ehtiyatını 300 kiloqrama qədər endirəcək və təxminən 9 tona yaxın aşağı səviyyəli zənginləşdirilmiş uran ehtiyatını ölkə xaricinə çıxaracaq. Müqaviləyə görə İran 300 kiloqramdan artıq olan zənginləşdirlmiş uranı beynəlxalq bazarda sata və ya qarşılığında təbii uran ala bilər. ABŞ isə İrana qarşı illərdir tətbiq olunan iqtisadi sanksiyaları qaldırmağa başlayacaq.

Ağa Akifoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu