Modern.az

Ukraynanın eks- prezidentinin iqamətgahı Putinin qurumuna verildi – FOTO

Ukraynanın eks- prezidentinin iqamətgahı Putinin qurumuna verildi – FOTO

8 Yanvar 2016, 11:32

Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin Krımın Ayya burnunda yerləşən iqamətgahı Vladimir Putinin prezident işləri üzrə idarəsinin balansına keçib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, öncə iqamətgah Krım rəhbərliyinə verilməli olsa da, sonradan Rusiya prezidentinin işləri üzrə idarəyə verilib.  

Ayya burnunda yerləşən iqamətgah 2007-ci ildə Viktor Yanukoviçin oğlu Aleksandr tərəfindən 1,2 milyon dollara satın alınmışdı.   3,5 hektar ərazini əhatə edən iqamətgah hazırda baxımsız vəziyyətdə qalıb.    

Vüqar İsmayılov        

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu