Almaniyanın Köln şəhərində Yeni il gecəsi bayramı qadınlara hücum edən 32 nəfərdən 29-nun ölkəyə miqrant statusu ilə gələn qaçqınlar olduğu aydınlaşıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bayram gecəsi 90-dan artıq qadın şəhərin əsas meydanlarından birində afrikalı və ərəb görkəmli kişilər tərəfindən seksual təzyiqələrə və soyğunçuluğa məruz qaldıqlarını demişdi.Hazırda şübhəlilərdən 2-ni həbs edən alman polisi digər şəxslərin də axtarışını davam etdirir.
Qərb mətbuatı Avropada geniş rezonans doğuran hadisədən sonra avropalıların sıx insan kütləsi olan yerlərdə gəzməkdən çəkindiyini yazıb.
Vüqar İsmayılov