Modern.az

ABŞ öz qazını da Avropa bazarına çıxarmağa hazırlaşır

 ABŞ öz qazını da Avropa bazarına çıxarmağa hazırlaşır

8 Yanvar 2016, 22:44

 

“ABŞ neftdən sonra öz qazını da Avropa bazarına çıxarmağa hazırlaşır. Yaxın günlərdə Luizianadan sıxılmış qaz daşıyan tanker Avropaya yola düşəcək. Alıcı Böyük Britaniyadır”. Modern.az saytı xəbər verir ki, bunu politoloq Şahin Cəfərli öz feysbuk səhifəsində bildirib.

Ş.Cəfərlinin sözlərinə görə, ABŞ bir tərəfdən İran üzərindən sanksiyaları götürməyə qərar verir, o biri tərəfdən də İran hələ dünya enerji bazarına qayıtmağa macal tapmamış, onun bazarını bağlamaq yönündə addımlar atır: İranın daha da güclənərək regionda dominant rol oynamasına göz yumulacağını düşünmək sadəlövhlük olardı. Bu, eyni zamanda Rusiyadan enerji asılılığını azaltmaq siyasəti yeridən Avropaya dəstək və yaxın keçmişin qüdrətli monopolisti “Qazprom”un Avropa qaz bazarında zəifləyən mövqelərinə daha bir zərbədir. Neft və qazın geosiyasi silahdan adi əmtəəyə çevrilməsi prosesi davam edir.

Səudiyyə Ərəbistanı da İranı öz bazarına buraxmamaq üçün bu günlərdə ciddi endirimlərlə müştərilərin ayağına gedir. İslam Cümhuriyyəti İran isə İslamın 5 vacib şərtindən biri olan Həcc ziyarətini (eləcə də Ümrəni) boykot edərək Səudiyyənin 18 milyard dollarlıq dini turizm gəlirinə zərbə vurmağı qərara alıb. Həcc demişkən, ənənəvi İran-Səudiyyə rəqabəti və qarşıdurması zaman-zaman Həcc ziyarətlərində də özünü göstərib. Məsələn, 1987-ci ildə Həccdə Amerika və İsrail əleyhinə etiraz aksiyası keçirən (bu da başqa bir anormallıqdır) iranlı hacılar və onlara qoşulanlar Səudiyyə polisi və əsgərləri tərəfindən güllələnmiş, nəticədə 400-dən çox adam ölmüşdü. Elə ötən il Həccdə baş vermiş faciədə ölənlərin xeyli hissəsi də (nə hikmətdirsə) iranlılar idi...

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama