Almaniya kansleri Angela Merkel miqrasiya qanunlarını sərtləşdirəcək.
Modern.az xarici mətbuata istinadən bildirir ki, Merkel cinayət törətmiş miqrantların deportasiyası prosedurlarını asanlaşdırmaq üçün tədbirlər aparıldığını deyib.Merkelin açıqlaması Yeni ildən sonra yaşanmış qalmaqalla əlaqədardır. Belə ki, 31 dekabr axşamı kütləvi şənlik zamanı 100-dən çox qadın təcavüzün qurbanı olub.
Polisə təcavüz, oğurluq, o cümlədən 2 zorakılıqla bağlı 121 şikayət daxil olub. Polisin sözlərinə görə, şübhəlilərin əksəriyyəti Şimali Afrikadan gələnlərdir.
Lakin hələlik onlardan heç kim həbs edilməyib.
Aytən ZƏHRA