Misir Apelyasiya Məhkəməsi eks-prezident Hüsni Mübarək, onun oğlanlarının korrupsiya işi və bunun əsasında onlara 3 illiyə verilmiş həbs qərarı, eyni zamanda 125 milyon Misir funtu (15,5 milyon dollardan çox) dəyərində cərimə ödəmələri barədə apelyasiya şikayətlərini rədd edib.
Modern.az xəbər verir ki, bu barədə “Əl-Axram” saytı məlumat yayıb.
Bu qeyd edilən işlə bağlı artıq ikinci apelyasiya şikayətidir. Məhkəmənin bu dəfəki qərarı qətidir və yenidən müraciət edilə bilməz.
Ağır Cinayətlər Məhkəməsi eks-prezident və onun oğullarını prezident iqamətgahı və rezidensiyası üçün xərclənən pulları maxinasiya etməsini əsas gətirərək onları 3 il müddətinə azadlıqdan məhrum edib.
Mübarəkin vəkili qərardan şikayət vermişdi.
Modern.az