Modern.az

Səfirliyə hücuma görə qubernator müavini vəzifəsini itirdi

  Səfirliyə hücuma görə qubernator müavini vəzifəsini itirdi

10 Yanvar 2016, 09:56

 

Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücumla əlaqədar Tehranın general-qubernator müavini vəzifəsindən azad edilib, İran Daxili İşlər Nazirliyi krallığın Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna hücumları pisləyib.  Modern.az APA-ya istinadən xəbər verir ki, İran DİN-nin nümayəndəsi Hüseyn Əli Əmiri bildirib ki, Tehranın general-qubernator müavini Səfər Əli Baratlı səlahiyyətlərini vaxtında icra etmədiyinə görə İran daxili işlər naziri Əbdülreza Rəhmani Fəzlinin əmri ilə vəzifəsindən azad edilib.

Hüseyn Əli Əmiri, həmçinin, bu cür hadisələrin baş verməməsi üçün digər müvafiq qurumların da lazımi tədbir görməli olduqlarını bildirib.

  Əli Əmiri hücumlarla əlaqədar 60-dək şəxsin şübhəli şəxs qismində saxlanıldığını və istintaqın başlandığını bildirib. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu