Modern.az

İqtisadçı ölkəyə valyuta qazandırmaq üçün asan yol göstərdi

 İqtisadçı ölkəyə valyuta qazandırmaq üçün asan yol göstərdi

10 Yanvar 2016, 20:20

 

Hazırda ölkəmizin qarşılaşdığı iqtisadı çətinliklərdən çıxış yolları aranır. Manatın xarici valyuta qarşısında dəyərsizləşməsi, neft gəlirlərinin azaldığı bir zamanda ölkəyə xarici valyuta qazandırılması üçün təkliflər səsləndirilir. Modern.az xəbər verir ki, belə maraqlı təkliflərdən birini də iqtisadçı Samir Əliyev irəli sürüb. İqtisadçı yazır: QHT sektoru ölkədə ictimai nəzarət funksiyasını yerinə yetirməklə yanaşı, qeyri-neft sektorunu təmsil edirdi. Onların qazandıqları layihələr hesabına hər il ölkəyə milyonlarla dollar (avro, funt) gəlirdi, xeyli insan işlə təmin olunmuşdu, dövlət büdcəsinə vergilər verilirdi. Bu vəsaitlər amerika, alman, ingilis, yapon vergi ödəyicilərinin pulları idi. Bu gün üzdə olan ekspertlərin böyük əksəriyyəti həmin layihələrin yetirməsidir. Ancaq neft puluna arxalanan hökumətimiz qanunvericiliyi sərtləşdirməklə özünün indi daha çox ehtiyac duyduğu xarici investisiya mənbəyini bağladı.

Neftdənkənar rəqabətqabiliyyətli məhsul istehsal etmək üçün xeyli işlər görülməlidir və bu, zaman tələb edir. Ancaq layihələr vasitəsilə ölkəyə milyonlar cəlb etmək üçünsə yalnız QHT qanunvericiliyinə bəzi dəyişikliklər lazımdır. Bunu etmək hökumət üçün heç nədir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama