Modern.az

Rusiya Suriyanı yenidən bombaladı - 70 ölü, 133 yaralı

  Rusiya Suriyanı yenidən bombaladı - 70 ölü, 133 yaralı

11 Yanvar 2016, 00:16


Rusiyaya aid təyyarələrin Suriya müxalifətinin idarəsində olan İdlib şəhərinə bağlı Maarat əl Numan qəsəbəsində bazar yerinə atdığı barrel bombası ilə 68 adamın ölməsinin ardından, Hataydakı xəstəxanalara gətirilən yaralılardan 2-si də öldü. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, hücum nəticəsində 70 adamın öldüyü 133 adamın da yaralandığı açıqlanıb.

Müxalif dairələrin verdiyi məlumata görə, dünən günorta saatlarında Rusiyaya aid 2 döyüş təyyarəsi qəsəbənin üzərindən uçarkən, biri bazar yerinə, üçü isə məhkəmə binasına olmaqla 4 barrel bombası atıb. Hücum sonrası yıxılan binaların altında qalanları çıxarmaq üçün xalq səfərbər olunub, suriyalı yerli xəbər mənbələri 68 adamın öldüyünü, 135 adamın da yaralandığını açıqlayıblar.  

Ölənlərin çoxunun qadın və uşaq olduğu bildirilir. Bölgədəki xəstəxanalara aparılan yaralılardan 9-u Reyhanlı mahalındakı Cilvəgözü Sərhəd Məntəqəsinə gətirildi. Buradan təcili yardımlarla Hataydakı xəstəxanalarda aparılan yaralılardan 2- si həyatını itirib, 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

70 nəfərin öldüyü açıqlansa da, hələ də dağıntı altında insanların olduğu, bu səbəbdən ölü və yaralı sayının artacağı qeyd edilir.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu