Ermənistan ordusu 2015-ci ildə 71 nəfər hərbi qulluqçusunu itirib. Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, onlardan 40-ı Azərbaycan ordsunun hərbçiləri tərəfindən məhv edilib.
Erməni hüquq müdafiəçiləri cəbhə xəttində ödürülən hərbçilərin fotolarını internetdə yerləşdirib. Modern.az həmin fotoları təqdim edir.
Xatırladaq ki, bu göstərici Ermənistanda hərbi itkilər barədə statistikanın aparılmağa başlanıldığı 2011-ci ildən bəri rekord göstəricidir.
Belə ki, 2011-ci ildə Ermənistan ordusunun verdiyi itkilər 32, 2012-ci ildə 52 (14 döyüş itkisi), 2013-cü ildə 30 (6-sı döyüş itkisi), 2014-cü ildə isə 44 hərbçidən (26-sı döyüş itkisi) ibarət olub.
Vüqar İsmayılov