Ötən bir neçə gün ərzində Almaniyanın müxtəlif şəhərlərində Asiyadan gələn miqrantlara qarşı bir neçə hücum olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Köln şəhərində 20 nəfərdən ibarət qrup 6 nəfər pakistanlıya hücum edib. Miqrantlardan 2-si xəstəxanaya yerləşdirilib.
Yerli jurnalistlərin məlumatına görə həmən vaxt 5 nəfər xuliqan 39 yaşlı Suriya vətəndaşına da hücum edib. Suriya vətəndaşı yüngül xəsarətlərlə canını qurtara bilib.
“Expres” qəzetinin məlumatına görə futbol fanatları, rokerlər və idmançılar Facebook vasitəsilə razılıq əldə edərək şəhərdə “insan ovu” elan ediblər.
Bundan əvvəl, Leypsiq və Hamburq şəhərlərində miqrantların seksual xarakterli hücumlar etməsi, əfqan qaçqınlarının Putqarden şəhərində 49 yaşlı yəhudi mənşəli fransız biznesmenə hücum edərək qarət etməsi barədə məlumatlar daxil olub.
Vüqar İsmayılov