Modern.az

Merkel Davos forumuna getməyəcək – SƏBƏB

Merkel Davos forumuna getməyəcək – SƏBƏB

11 Yanvar 2016, 12:19


Almaniya kansleri Angela Merkel Davos Ümumdünya Forumuna planlaşdırdığı səfəri ləğv edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu Köln şəhərində miqrantların Yeni il gecəsi qadınlara kütləvi hücumları ilə bağlı yaranan qalmaqalla bağlıdır.

Şəhərin dəmir yolu vağzalında  baş verən hücuma görə 500-dən artıq qadın nalayiq hərəkətlərə, seskual hücumlara, qarətə və bəzi hallarda zorlamaya məruz qalmışdı. Qalmaqallı hadisədən sonra Köln polisinin rəisi istefa vermişdi.  

Angela Merkel isə hücumlardan sonra Almaniyada miqrantlarla bağlı qaydaların sərtləşdiriləcəyini anons etmişdi.    

Vüqar İsmayılov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu