Modern.az

İcra başçısı süni qiymət artımı məsələsini nəzarətə götürüb

İcra başçısı süni qiymət artımı məsələsini nəzarətə götürüb

11 Yanvar 2016, 12:17


Prezident İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqlarına, “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti dəfə məcburi köçkünlərin sıx məskunlaşdıqları yerlərə gedib.

İcra başçısı Qayıdış qəsəbərində olub, vətəndaşlarla görüşüb, onlara söhbət edib, problem və qayğılarını dinləyib. Əvvəlcədən planlaşdırılmayan görüşdə qəsəbə sakinlərinin problemləri dinlənilib, onları narahat edən məsələlər vətəndaşlarla birgə müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqların ictimai nəzarət qaydasında xalqla birgə həll olunmasına çalışılıb.

Qəsəbələrdə məskunlaşan məcburi köçkünlər dövlət tərəfindən qayğı gördüklərini, fasiləsiz və pulsuz qaz, işıq, su ilə təmin olunduqlarını, digər  sosial problərinin həll olunduğunu, qəsəbələrdə məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, mədəniyyət evi və poçt şöbəsininin fəaliyyət göstərdiyini  bildiriblər.
Məcburi köçkünlər Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun tikintisinin sürətləndirilməsini xahiş ediblər. Alı Alıyev yolun tikintisinin hazırda qrafiq üzrə getdiyini, yaxın vaxtlarda Qayıdış qəsəbələrini birləşdirən yeni asfalt yolun istifadəyə veriləcəyini vurğulayıb.  

Qayıdış qəsəbələrində məskunlaşan məcburi köçkünlər onlara göstərdiyi diqqət və qayğıya görə Prerzident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Alı Alıyev aidiyyəti qrumların nümayəndələri ilə birgə Qayıdış qəsəbələrindəki topdan və pərakəndə satış mərkəzlərində də olub, alıcı və satıcılarla söhbət edib. Alıcılar bəzi ərzaq məhsullarının qiymətlərinin süni olaraq artırıldığını, bunun da onların ailə büdcəsinə təsir göstərdiyini, bu sahəyə nəzarətin gücləndirilməsini xahiş ediblər.

Alı Alıyev son günlər manatın məzənnəsinin aşağı düşməsi fonunda istehlak bazarında yaranmış vəziyyətə münasibət bildirib. Qeyd edib ki, rayonda istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarına yol verilməməli, bu sahəyə aidiyyəti təşkilatlar nəzarəti gücləndirməlidirlər.

“Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq rayon ərazisində qiymətlərin süni şişirdilməsinə, qiymətlərdə manipulyasiya hallarına yol verilməməlidir. Bu sahəyə cavabdeh olan təşkilatlar və rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiya istehlak bazarında gündəlik monitorinqlər keçirməli, bu sahəni müntəzəm nəzarətdə saxlamalıdırlar”, - deyə  Alı Alıyev vurğulayıb.

Alı Alıyev vətəndaşlarla söbhət zamanı istər süni qiymət artımı ilə bağlı, istərsə də onları narahat edən digər məsələlərlə bağlı vətəndaşlıq mövqeyindən çıxış edərək ictimai nəzarət qaydasında rayon İcra Hakimiyyətində yaradılmış “qaynar xət”də və aidiyyəti qurumlara məlumat vermələrini xahiş edib.









Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama