Modern.az

Putin “Türk axını”ndan imtina edir və Cənub axınına start verir - YENİ İDDİA

Putin “Türk axını”ndan imtina edir və Cənub axınına start verir - YENİ İDDİA

11 Yanvar 2016, 14:28


Rusiya və Bolqarıstan Avropaya rus qazını çatdıracaq “Cənub axını” kəmərinin tikintisi barədə danışıqlar aparır.

Modern.az xəbər verir ki, bu barədə Bolqarıstanın “Standart” qəzeti baş nazir Boyko Borisova yaxın 2 ayrı mənbəyə əsasən bildirib.

Qəzetin məlumatına görə, yaxın həftələrdə danışıqlarda ciddi irəliləyişin baş verəcəyi gözlənilir. Bildirilir ki, Türkiyə ilə münasibətlər pisləşdikdən sonra rəsmi Moskva “Türk axını” layihəsinin dondurulmasına qərar verib. Çinə qaz ixracını nəzərdə tutan “Sibir gücü” kəmərinin də iqtisadi çətinliklər səbəbindən ləngiməsi Moskvanın niyyətlərini Bolqarıstana çevirməsinə səbəb olub.

Xatırladaq ki, 2012-ci il dekabrın 7-də inşa olunmağa başlayan “Cənub axını” layihəsi Rusiyanın Anapa şəhərindən Bolqarıstanın Varna şəhərinə sualtı qaz kəmərinin çəkilişinin nəzərdə tuturdu. Lakin 2014-cü ilin dekabrında Rusiya-Avropa Birliyi arasında yaranan gərginlik fonunda layihə dondurulmuşdu.

Vüqar İsmayılov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu