Modern.az

Dünyanın nüfuzlu universitetlərində oxuyan azərbaycanlı tələbələrin sayı AÇIQLANDI

Dünyanın nüfuzlu universitetlərində oxuyan azərbaycanlı tələbələrin sayı AÇIQLANDI

11 Yanvar 2016, 15:59


İndiyədək dünyanın seçilən universitetlərində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər təqaüdçü adını qazanıb.

Modern.az xəbər verir ki, Təhsil Nazirliyi onlardan dünyanın reytinq siyahılarında top 50-də yer alan universitetlərdə oxuyan tələbələrin statistikasını təqdim edib.

Siyahıda dünyanın ən məşhur ali təhsil müəssisələri olan Oksford, Harvard, Kembric kimi universitetlərində təhsil alan təblərin də sayı göstərilib.

Beləliklə, hazırda ABŞ-ın 12 universitetində 24 nəfər, Almaniyanın 2 universitetində 10 nəfər, Avstraliyanın 2 universitetində 14 nəfər, Böyük Britaniyanın 5 universitetində 76 nəfər,  İtaliyanın 1 universiteində 4 nəfər, İsveçrənin 2 universitetində 3 nəfər, Kandanın 3 universitetində 124 nəfər, Sinqapurun 1 universitetində 3 nəfər azərbaycanlı tələbə təhsil alır.



Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək