Modern.az

Britaniya ilk dəfə İŞİD-i bombaladı

Britaniya ilk dəfə İŞİD-i bombaladı

11 Yanvar 2016, 16:24


Böyük Britaniya aviasiyası ilk dəfə İŞİD mövqelərinə zərbələr endirib.

Modern.az Qərb KİV-nə istinadən xəbər verir ki, RAF qırıcıları Suriya ərazisində terror qruplaşmasının üzərinə bomba yağdırıb. Baş nazir Devid Kemeronun mətbuat xidmətinin rəhbəri xəbəri təsdiqləyib və Britaniya aviasiyasının yüksək dəqiqliyə malik yer-göy təyinatlı “Brimstone” raketlərindən istifadə etdiyini bildirib.

Bundan öncə, Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon Suriyada İŞİD mövqelərinə intensiv zərbələr endirmək planı barədə danışmışdı.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu