Modern.az

Ziyafət Əsgərov İranla Səudiyyə Ərəbistanı arasındakı gərginlikdən DANIŞDI

Ziyafət Əsgərov İranla Səudiyyə Ərəbistanı arasındakı gərginlikdən DANIŞDI

11 Yanvar 2016, 16:31


“Səudiyyə Ərəbistan ilə İran arasında olan münasibətlərin sössüz ki , biz sülh yolu ilə həll olunmasının tərəfdarıyıq”.

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov deyib. Ziyafət Əsgərov həmçinin hər iki islam dövlətinin Azərbaycanla yaxın münasibətlərdə olduğunu söyləyib:

“İstər İran, istərsə də Səudiyyə Ərəbistan bizə yaxın olan ölkələrdir. Ona görə də dünyada gərginliyin artması fonunda əlavə gərginliyin artmasını arzulamazdıq. Buna görə də çox istərdik ki, tezliklə bu dövlətlər arasında danışıq aparılsın və o cümlədən  diplomatik münasibətlər yoluna düşsün”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında şiə  lideri şeyx Nimr ən-Nimrin edamından sonra Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlər gərginləşərək diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxarıb.    

Ağa Akifoğlu  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək