Modern.az

2016-cı ilin “bədbəxt” və “xoşbəxt” iqtisadiyyatlarına dair PROQNOZ - SİYAHI

2016-cı ilin “bədbəxt” və “xoşbəxt” iqtisadiyyatlarına dair PROQNOZ - SİYAHI

Qarabağ

11 Yanvar 2016, 17:02

Bloomberg agentliyi aparıcı ekspertlərlə 93 ölkənin iqtisadiyyatının potensial effektlilik analizini aparıb.

Modern.az saytı xəbər verir ki, analizlərdən sonra Bloomberg agentliyi 2016-cı ilin ən zəif 10 iqtisadiyyatını təqdim edib.

2016-cı ilin ən zəif iqtisadiyyatına malik ölkənin Venesuela olacağı gözlənilir. Analitiklərin proqnozuna görə, bu ölkədə 2016-cı ildə ümumi daxili məhsulun (ÜDM) azalması, milli valyuya bolivarın devalvasiya və inflasiyası rekord səviyyəyə çatacaq. Venesuela 2016-cı ildə ÜDM istehsalının 3,3% azalması ilə üzləşəcək.

Antireytinqdə ən zəif iqtisadiyyata malik ölkələr arasında Braziliya (-2,5%), Yunanıstan (-1,8%),  Ekvador (-0,5%), Rusiya (-0,5%), Argentina (0%), Yaponiya (1,0%), Finlandiya (1,0%), Xorvatiya (1,1%) və İsveçrə (1,2%) də yer alıb.

Agentlik 2016-cı ildə dünya ölkələrində gözlənilən ümumi daxili məhsul istehsalının artım tempi ilə bağlı da proqnoz açıqlayıb. Agentliyin analitikləri Azərbaycanı ÜDM-i artan ölkələr siyahısında göstəriblər. Onlar hesab edirlər ki, 2016-cı ildə Azərbaycanın ÜDM istehsalının artımı 2,4% təşkil edəcək.

Qonşu ölkələrdən Türkiyədə bu göstərici 3,0%, Gürcüstanda 3,0%, Ermənistanda 2,5%, Rusiyada isə -0,5% müşahidə olunacaq.

ÜDM istehsalının artımına görə dünya liderləri Hindistan (7,4%), Vyetnam (6,6%), Banqladeş (6,6%), Çin (6,5%), Şri-Lanka (6,4%), Keniya (6,1%), Panama (6,1%), Filippin (6,0%), Uqanda (5,6%) və Dominikan Respublikası (5,4%) olacaq.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu