Modern.az

Vəhhabiləri gizli yolla Azərbaycandan çıxaran şəxs tutulub

Vəhhabiləri gizli yolla Azərbaycandan çıxaran şəxs tutulub

11 Yanvar 2016, 17:15

Azərbaycanda vəhhabiləri gizli yolla ölkədən çıxaran şəxs tutulub. 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisindən keçən hissəsində vəhhabi olduğu bildirilən bir neçə şəxsin sərhədi qanunsuz keçməsi barədə polisə məlumat daxil olub.   

Məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onları sərhəddən keçirən şəxsin Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elman Mirzəbəy oğlu Mirzəbəyov  olması müəyyən edilib və o, saxlanılıb.  

Saxlanılarkən ondan bir ədəd “AK-74” markalı avtomat, bir ədəd avtomat darağı və 13 ədəd avtomat silahının gülləsi aşkarlanaraq götürülüb.

Elman Mirzəbəyov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verib.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılır.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək