Modern.az

Suriya ilə bağlı ABŞ-Rusiya görüşünün vaxtı bəlli oldu

Suriya ilə bağlı ABŞ-Rusiya görüşünün vaxtı bəlli oldu

11 Yanvar 2016, 17:43


Suriya münaqişəsinin həlli ilə bağlı Rusiya, ABŞ və BMT arasında danışıqlar yanvarın 13-də başlayacaq.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, diplomatik mənbələr görüşlərin İsveçrənin Cenevrə şəhərində keçiriləcəyini xəbər verib.  

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsinin həlli üçün toplanacaq əsas konfrans yanvarın 25-də keçiriləck.

Həmin görüşdə Suriya müxalifəti, Rusiya, ABŞ, BMT, Avropa Birliyi, Türkiyə və Misirlə yanaşı, Bəşər Əsəd hakimiyyətinin rəsmiləri də iştirak edəcək.    

Vüqar İsmayılov   

 
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu