Modern.az

Devalvasiya dollar krediti olanları 5.5 milyard manatlıq ziyana salıb

 Devalvasiya dollar krediti olanları 5.5 milyard manatlıq ziyana salıb

11 Yanvar 2016, 23:59

“Devalvasiya dollar krediti olanları 5.5 milyard manatlıq ziyana salıb. Mərkəzi Bankın məlumatlarına əsasən 2015-ci ilin yanvarın sonuna kommersiya banklarının verdikləri dollar kreditinin ümumi məbləği manat ifadəsində 5.0 milyard manat olub. O vaxtki məzənnə (1 dollar=0.7844 manat) ilə bu təqribən 6.4 milyard ABŞ dolları deməkdir”. Modern.az saytı xəbər verir ki, bunu iqtisadçı Azər Mehtiyev bildirib.

A.Mehtiyevin sözlərinə görə, fevralın 21-də olan devalvasiyadan sonrakı kursla (1 dollar= 1.05 manat) 6.4 milyard dollar təqribən 6.7 milyard manat deməkdir: “Yəni 1-ci devalvasiyadan sonra dollar krediti olanların banklara 1.7 milyard manatlıq əlavə borc yükü yarandı. Fevralın sonunda dollarla olan kreditlərin ümumi məbləği 8.4 milyard manat olub ki, 1dollar=1.05 manat məzənnəsi ilə bu təqribən 8 milyard dollar deməkdir. Yəni fevral ayında dollarla verilən kreditlərin məbləği yanvar ayının sonu ilə müqayisədə təqribən 1.6 milyard dollar məbləğində artıb. Güman ki, bu artım əsasən bankların manatla olan kreditlərin bir hissəsini dollar kreditinə çevirməsi nəticəsində baş verib”.

İqtisadçının sözlərinə görə, 2015-ci ilin noyabr ayının sonuna (dekabr ayları üzrə məlumatlar hələ açıqlanmayıb) dollar kreditlərinin ümumi məbləği manat ifadəsində təqribən 7.8 milyard olub ki, bu da 1 dollar=1.05 manat məzənnəsi ilə təxminən 7.48 milyard dollar deməkdir: “Dekabr devalvasiyasından sonra yeni məzənnə (1 dollar=1.55 AZN) ilə bu məbləğ manat ifadəsində 11,6 milyard AZN deməkdir. Yəni, 2-ci devalvasiya dollar krediti olanlara 3.74 milyard manat əlavə ödəniş yaradıb. Deməli, ötən il ərzində baş verən 2 devalvasiya dollar krediti olan insanları banklar qarşısında təqribən 5.5 milyard manatlıq əlavə borca salıb”.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama