Çinin şimalındakı Tyantzin şəhərində keçmiş ictimai təhlükəsizlik nazirinin müavini Li Duşnenə hökm oxunub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, korrupsiyada təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum olunub. Bundan başqa, keçmiş nazir müavinin 1 milyon yuan dəyərində (152 min dollar) əmlakı müsadirə olunub.İstintaqın məlumatına görə Duşnen vəzifə səlahiyyətlərindən istifadə edərək külli rüşvət alıb.
Qeyd olunur ki, 1996-2013-cü illərdə Çin Mərkəzi televiziyasının sədr müavini və ictimai təhlükəsizlik nazirinin müavini kimi çalışdığı vaxtlarda Li Duşnen və kiçik qardaşı Li Fuşen 22 milyon yuan rüşvət alıblar.
Polis araşdırmasının başlandığı zaman isə Li Duşnen əldə etdiyi qanunsuz vəsaitlərin bir hissəsini geri qaytarıb.
Bundan əvvəl, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olan və ictimai asayiş naziri səlahiyyətlərini icra edən Çjou Yunkan 2015-ci ilin iyununda ömürlük həbs cəzasına məhkum edilmişdi.
Vüqar İsmayılov