Modern.az

Ərdoğan: “İstanbuldakı partlayışı suriyalı kamikadze törədib”

Ərdoğan: “İstanbuldakı partlayışı suriyalı kamikadze törədib”

12 Yanvar 2016, 15:50

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda baş verən partlayışı Suriyadan gələn terrorçunun törətdiyini deyib.

Modern.az Türkiyə KİV-nə isitnadən xəbər verir ki, o, Türkiyənin regionda terror üçün 1 nömrəli hədəf olduğunu da əlavə edib.  

“İstanbuldakı partlayışı Suriyadan gələn terrorçu törədib. Bu gün Türkiyə regiondakı terror qruplaşmaları üçün 1 nömrəli hədəf halına gəlib”.  

Ərdoğan partlayışda həlak olanlar arasında əcnəbi ölkə vətəndaşlarının olduğunu təsdiqləyib. O bütün terror qruplaşmaları ilə eyni səylə mübarizə apardıqlarını da sözlərinə əlavə edib.  

İstanbulun Sultanəhməd məscidinin yanında törədilən partlayış zamanı 10 nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.  

Vüqar İsmayılov  


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu