Modern.az

Azərbaycanda 912 nəfər qidadan zəhərlənib

Azərbaycanda 912 nəfər qidadan zəhərlənib

Təhsil

12 Yanvar 2016, 15:53


Ötən il ərzində Azərbaycan ərazisində 659 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Modern.az verilən məlumata görə, qida zəhərlənmələri nəticəsində 912 nəfər zərərçəkən qeydə alınıb.

Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 28 botulizm hadisəsi nəticəsində 49 nəfər botulizmlə xəstələnib.

Ötən il botulizm nəticəsində 3 nəfər dünyasını dəyişib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi