Modern.az

Azərbaycanda spirtli içkilərin kartla satışı dayandırıldı

Azərbaycanda spirtli içkilərin kartla satışı dayandırıldı

12 Yanvar 2016, 17:34

Azərbaycanda aksizli malların plastik kartlarla satışı yanvarın 12-dən dayandırılıb. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov AzTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevə çox sayda müraciətlər olub. Nəticədə ölkə başçısının tapşırığı əsasında sahibkarlığın inkişafına dəstək məqsədilə spirtli içkilərin plastik kartlarla satışı dayandırılıb.

"Bu gündən etibarən spirtli içkilərin nağd qaydada satılmasında heç bir problem olmayacaq. Baxmayaraq ki, bütün mağazalarda POS-terminallar quraşdırılıb, ödəmə məntəqələrinin sayı kifayət qədərdir. Amma insanlarımız buna alışmadılar. Bu məsələni geniş təbliğ etməyə ehtiyac var. Həm də sahibkarlar müraciətlərində spirtli içkilərin sənədləşməsi ilə bağlı problemlərin olduğunu qeyd edib. Bu sənədləşmə işlərinin başa çatdırılması üçün sahibkarların müraciətləri nəzərə alınıb. Bu qərar imkan verəcək ki, sahibkarlar sənədləşmə işlərini başa çatdırsın. Eyni zamanda, bundan sonra  mağazalarda vətəndaşlar həm nağdsız, həm də nağd formada spirtli içkilər ala bilərlər".

Qeyd edək ki, 2016-cı ilin yanvarın 1-dən etibarən “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” qüvvəyə minib. Bu qaydaya əsasən, siqaret və spirtli içkilərin nağd pulla satışı dayandırılmışdı.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama