Modern.az

"Terror aktını törədən kamikadze İŞİD-in üzvüdür"- Davudoğlu

 "Terror aktını törədən kamikadze İŞİD-in üzvüdür"- Davudoğlu

12 Yanvar 2016, 21:06

 

"İstanbulda terror aktı törədən kamikadze İŞİD terror qruplaşmasının üzvüdür". Modern.az saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

“Biz bilirik ki, terror aktını törədən suriyalı İŞİD-in üzvüdür. Qeyd etmək istəyirəm ki, biz bundan sonra da bu qruplaşma ilə mübarizəni davam etdirəcəyik. Terrorizm bütün bəşəriyyətin düşmənidir. Bu cür cinayətləri törədənlər layiqli cəzalarını alacaqlar”, - Davudoğlu deyib.  

“Bu gün həlak olanların hamısı bizim xarici qonaqlarımızdır. Mən onların ailələrinə başsağlığı verirəm. Türkiyənin 78 milyonluq əhalisi onların dərdini bölüşür”, - baş nazir əlavə edib. 

İlkin məlumata əsasən, yanvarın 12-də İstanbulun Sultanəhməd meydanında törədilən partlayış zamanı 10 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Terrorçu-kamikadze özünü xarici turstlərin yaxınlığında partladıb.

 

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu