Modern.az

Hizbullah Türkiyəyə məxsus loqoları dəyişdirir – İDDİA

Hizbullah Türkiyəyə məxsus loqoları dəyişdirir – İDDİA

13 Yanvar 2016, 10:15

Türkiyədəki Qızıl Aypara Cəmiyyətinin Livandakı suriyalı qaçqınlara göndərdiyi humanitar yardım paketləri Hizbullat təşkilatı tərəfindən dəyişdirilir.

Modern.az xəbər verir ki, Türkiyə KİV-ləri sosial şəbəkələrə istinadən belə bir irəli sürüb. Məlumata görə Türkiyə Qızıl Aypara Cəmiyyətinin loqosu ilə Livana gedən malların etiketləri dəyişdirilir.  

Bildirilir ki, həmin yardım paketlərinin üzərində İran Qızıl Ayparasına məxsus loqolar vurulur. İddiaya görə, Hizbullah bununla suriyalı qaçqınlara yalnız İranın dəstək göstərməsi təəssüratını yaratmaq istəyir.

Qeyd edək ki, İran Hizbullah hərbi-siyasi təşkilatı böyük dəstək nümayiş etdirir.  

Aqşin Kərimov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu