Modern.az

Əfsanəvi çeçen liderinin dul arvadı vətəninə döndü

Əfsanəvi çeçen liderinin dul arvadı vətəninə döndü

13 Yanvar 2016, 11:48


Çeçenistanın məhrum lideri Aslan Məshədovun həyat yoldaşı vətəninə geri dönüb.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki. bu barədə Çeçenistan dövlət rəhbəri Ramzan Kadırov məlumat verib. O, Kusama Məshədovanın artıq Rusiya pasportu aldığını və Nadtereçnoy rayonundakı qohumlarıgildə yaşadığını bildirib.

“Mənə deyəndə ki, o xəstədir və evinə dönmək istəyir, dərhal göstəriş verdim ki, Məshədovun xanımına Rusiya pasportu düzəltsinlər. Baxmayaraq ki, Məshədov məni öldürmək barədə göstəriş vermişdi… Onun oğlu hələ də məni söyür. Məshədovun xanımını evinə qaytardım. Onun günahı nədir ki?..”.

Kusama Məshədova (Semiyeva) 1950-ci ildə Qazaxıstanda anadan olub. 1972-c idə Aslan Məshədovla ailə həyatı qurub. Onların Anzor və Fatimə adlı 2 övladı var.

2000-ci ildə Çeçenistanı tərk edərək Gürcüstana gələn Kusama Məshədova Türkiyəyə, ordan isə Malaziyaya köçmüşdü. Məlumata görə, çeçen mücahidlərinin liderinin xanımı bir müddət Azərbaycanda yaşamış və 2008-ci ildə ölkəni tərk etmişdi. 

Aslam Məshədovun Norveçdən sığınacaq almış oğlu Anzor Məshədov onların ailəsinə Çeçenistana qayıtmaları barədə tələbin daxil olduğunu demişdi.

“Bizi hədələyirlər ki, Çeçenistana qayıdaq. Sonra digərlərinə də desinlər ki, “baxın, Məshədovlar ailəsi qayıdıb, deməli hər şey yaxşıdır!”. Xalqı aldatmaq istəyirlər. Amma mən əminəm ki, bu baş verən deyil”.

Tanınmamış İçkeriya Çeçen Respublikasının prezidenti Aslan Məshədov 2005-ci il martın 8-də Tolstoy-Yurd kəndində Rusiya qoşunları ilə toqquşmada öldürülmüşdü.

Vüqar İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu