“Siqaretlərin qiyməti artanda ən çox səslənən məsləhət “qiymət artıbsa siqaret çəkmə” oldu. Amma məsələ heç də siqaretdən istifadə edib-etməmək də deyil. Məsələ ondadır ki, ABŞ istehsalı olan siqaretlərin qiyməti supergüc dövlətlə problemləri olmayan Azərbaycanda, həmin ölkənin sanksiyasına məruz qalan Rusiya ilə müqayisədə 2 dəfəyə yaxın bahadır”.
Modern.az saytının məlumatına görə bunu iqtisadçı, alim Vüqar Bayramov bildirib. O qeyd edib ki, “brend siqaretlər” sanksiyalara məruz qalan dövlətdə bizə nisbətən daha ucuzdur:
“Əslində, siqaret bir nümunədir. Ötən ilin aprel ayında İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) ərzaq səbəti üzrə Gürcüstan daxil olmaqla bütün MDB dövlətləri üzrə qiymətlərin statistik təhlilini aparıb. CESD-nin statistik qiymət təhlili göstərir ki, Azərbaycan ərzaq məhsullarının qiymətinə görə MDB ən yüksək qiymətlərə malik 2 ölkədən biridir. Səbəb nədir? Səbəb əslində son zamanlar gündəmi zəbt edən monopoliyadır.
Ölkəmizdə siqaret istehsalı ilə məşğul olan şirkətin olmasına baxmayaraq xarici ticarətdəki monopoliya qiymətlərin azalmasına imkan vermir. Səbəb təbii ki, idxal monopoliyasıdır. Bu baxımdan, bizim qiymətləndirmələr göstərir ki, əgər xarici ticarətdəki monopoliya tamamilə ləğv edilərsə, o zaman qiymətlər orta hesabla 60 faiz aşağı düşər.
Monopoliyani iqtisadiyatda “irinləmiş yaraya” bənzədirlər. Onu kəsib atmasan bədəndə aparılan heç bir müalicənin xeyiri olmur. Ona görə də, idxal və ixracatda monopliyanın tamamilə aradan qaldırılmasına ehtiyac var. Sahibkar istədiyi malı sərbəst və heç bir baryer olmadan idxal və ixrac hüququna malik olmalıdır. Əks halda iqtisadiyyatın liberallaşması mümkün deyil”. Ekspert bu sahədə islahatların avcibliyini vurğulayaraq bir neçə təklif irəli sürüb:
“Dünya Bankının “Bizneslə Məşğul Olmaq” hesabatında hər il ölkəmizin yerinə ən çox mənfi təsir edən faktor məhz idxal və ixrac üçün tələb edən proseduraların və günlərin sayının çox olmasıdır. Bu sahədə hansı islahatların aparılmasını təklif edirəm: - Stuktur islahatlarının gömrük idarəetmə sferasını da əhatə etməsi. CESD-nin 2011-ci ildə hazırladığı dövlət sənədində bu sferada idarəetmənin vahidləşməsi təklif edilirdi. Bizim təkliflərə Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinə birləşdirilməsini və səlahiyyətlərin ASAN Xidmətlə bölüşdürülməsini əhatə edirdi. Bu isə idarəetmənin təkmilləşdirilməsinə imkan yarada bilər;
- Gömrük proseduraların elektronlaşdırılması və ASAN xidmət vasitəsi ilə aparılması. Gömrük rəsmilləşdirilməsi və ödənişlərin elektron qaydada sözügedən xidmət vasitəsi ilə aparılması şəffaflığın formalaşdırılmasına imkan verəcək;Gülşən RAUFQIZI