Modern.az

FİFA-nın baş katibi də vəzifəsindən qovuldu

FİFA-nın baş katibi də vəzifəsindən qovuldu

13 Yanvar 2016, 14:19


Beynəlxalq Futbol Federasiyasının (FİFA) Baş katibi Jerom Valke vəzifəsindən qovulub.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar ali futbol qurumunun təcili keçirilən iclasında verilib. Katib funksiyalarını müvəqqəti olaraq Markus Katner icra edəcək.

Jerom Valke FİFA-dakı korrupsiya qalmaqalı ilə bağlı 2015-ci ilin sentybarında qurumun etika komissiyası tərəfindən vəzifəsindən 90 gün müddətinə uzaqlaşdırılmışdı.    

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu