Modern.az

Bakıda itkin düşmüş şəxsin asılmış meyiti tapılıb

Bakıda itkin düşmüş şəxsin asılmış meyiti tapılıb

13 Yanvar 2016, 15:40


Bakıda intihar hadisəsi baş verib.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Yanvarın 12-də “Şuşa şəhərciyi”ndə məskunlaşan 1967-ci il təvəllüdlü Quliyev Zəfər Salman oğlunun itkin düşməsi barədə polisə məlumat daxil olub. Bu gün isə onun Ramana qəsəbəsi ərazisindəki ağaclıqda asılmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi