“İstanbulun Sultanəhməd meydanında tramvay dayanacağının qarşısında törədilən terror aktı ilə bağlı daha 4 şəxs şübhəli qismində saxlanılıb. Bununla da terror aktı ilə bağlı saxlanılan şəxslərin sayı 5-ə çatıb”. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Əhməd Davutoğlu açıqlayıb.
Davutoğlu qeyd edib ki, hazırda istanbulun müxtəlif xəstəxanalarında 6 yaralı var. Onların əksəriyyəti xarici vətəndaşlardır.
Baş nazir onu bildirib ki, İstanbulda təhlükəsizliyin təmin edilməsi istiqamətində bundan sonra da ciddi addımlar atılacaq: "Terrorizm qlobal problemdir. Bu vəbaya qarşı hamımımız birgə mübarizə aparmalıyıq".
Qeyd edək ki, dünən İstanbulun mərkəzindəki Sultanəhməd meydanında törədilən partlayış nəticəsində 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Suriyadan olan terrorçu özünü almaniyalı turist qrupunun yaxınlığında partladıb.
Modern.az