Sumqayıt şəhərində məktəblərdən birində müəllim şagirdi döyüb. Modern.az saytı anspress-ə istinadən xəvər verir ki, Sumqayıtda yerləşən 22 saylı orta məktəbdə İdris adlı tarix müəllimi dərsdə şagirdlərin gözü qarşısında şagirdin başına çox sayda zərbələr endirir.
Videoda aydın görünür ki, əsəbləri soyumayan müəllim həmin şagirdi sinifin küncünə apararaq döyməkdə davam edir. Sinifdə olan uşaqlar həmin müəllimə xəbərdarlıq edib ki, həmin şagirdin səhhətində problem var. Buna məhəl qoymayan müəllim uşağı döyməyə davam edir.
Həmin videonu təqdim edirik.
Modern.az