Modern.az

Çinin fond birjası çöküşə doğru gedir

Çinin fond birjası çöküşə doğru gedir

Dünya

14 Yanvar 2016, 11:20

Çinin Shangai Composite indeksi bu gün minimuma enib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, fond birjalarının çöküşü ölkə iqtisadiyyatının geriləməsi və neftin ucuzlaşması fonunda baş verir.

Shangai Composite bu gün 2,8% itirib və 2,867-yə düşüb. Bu ötən ilin yayında qeydə alınan tarixi minimumdan da çoxdur.

“Bloomebrg” agentliyinin məlumatına görə Shangai Composite-nin indeksi dekabr ayından bəri 20% dəyər itirdiyi üçün müşahidə olunan 93 dünya indeksi arasında ən aşağı nəticəni göstərib.  

Çinlə yanaşı, Asiyanın digər fond birjaları da geriləməkdə davam edir.  

Vüqar İsmayılov    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu