Modern.az

Əl-Qaidə lideri Şərqi Asiya dövlətlərini HƏDƏLƏYİB

Əl-Qaidə lideri Şərqi Asiya dövlətlərini HƏDƏLƏYİB

14 Yanvar 2016, 14:25

 

Cakartada terror aktları törədilməmişdən bir neçə saat öncə Əl-Qaidənin lideri Ayman Əl-Zəvahiri cihadçılara İndoneziya, Malayziya və Filippində dünyəvi quruluşları məhv etmək və şəriət rejimi qurmaq üçün çağırışlar edib.  

Modern.az İsrailin “Yerusəlim Post” nəşrinə istinadən xəbər verir ki, onun bu çıxışını Əl-Qaidə ilə yanaşı, Əş-Şəbab qruplaşması da yayımlayıb.  

Zəvahiri video müraciətində Şərqi Asiyada müsəlmanlara qarşı zülm olunduğunu iddia edərək bildirib ki, cihadçılar İsrailə dəstək verən ən böyük düşmənə qarşı (ABŞ nəzərdə tutulur) müharibəyə başlamalıdır.  

O, Şərqi Asiya dövlətlərini hədələyərək bəyan edib ki,  proseslər sonda müsəlmanların azadlığını əlindən alan Amerikanın agentləri ilə toqquşmalara gətirib çıxaracaq.  

Əl-Qaidə lideri cihadçıları Usamə Bin Ladenin yolu ilə getməyə çağırıb. O vurğulayıb ki, Şərqi Asiyada təcili olaraq xilafət qurulmalıdır.  

Qeyd edək ki, İndoneziyanın paytaxtı Cakartada törədilən terror aktları zamanı 7 nəfər həlak olub. Ehtimal olunur ki, terroru İŞİD qruplaşması törədib.  

Aqşin KƏRİMOV

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu