Modern.az

Azərbaycanın fəxri konsulu Ukraynada 50 milyon dollara 2 zavod tikir

Azərbaycanın fəxri konsulu Ukraynada 50 milyon dollara 2 zavod tikir

İqtisadiyyat

14 Yanvar 2016, 15:16

Ukraynanın Sumı vilayətində azərbaycanlı biznesmen soya bitkisinin emalı ilə məşğul olacaq zavodun tikintisinə 50 milyon vəsait yatıracaq.

Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, Sumı vilayətinin administrasiya rəhbəri Nikolay Klyuçko azərbaycanlı investorla razılıq əldə edib.

Romensk rayonu ərazisində tikiləcək zavod 220-250 min ton soya emal edəcək. Zavoda yatırılacaq investisiyaların həcmi isə 22 milyon dollar olacaq. Soya emalı zavodunda 200 iş yerinin açılması nəzərdə tutulur.

Bundan başqa, vilayətin Belopol rayonu ərazisindəki Veliko-Jovtnev şəkər zavodunun bazasında alternativ yanacaq – bietanol istehsal edəcək müəssisə işə başlayacaq. Nikolay Klyuçko 2016-cı ilin 1-ci yarısında işə başlayacaq müəssisəyə azərbaycanlı investor tərəfindən 30 milyon dollar sərmayə yatırıldığını deyib.

Xatırladaq ki, Jovtnev şəkər zavodunun sahibləri Gennadi Volski və Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanovdur. Hazırda Gennadi Volskiyə məxsus olan səhmlər bundan əvvəl azərbaycanlı iş adamı Vasif Tağıyevin olub.

Vasif Tağıyev Əfqan Salmanovla birlikdə “Uk.Az-Drujba” ASC-nin təsisçiləri olublar.


Fəxri konsul Əfqan Salmanov


Vüqar İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama